Ukrayna partizanları daha  4 “FSB” əməkdaşını zərərsizləşdirdi

14:27 26.10.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Müqavimət Hərəkatı üzvləri müvəqqəti olaraq işğal olunmuş Berdyanskda Rusiya FTX(“FSB”)-nin 4 əməkdaşının olduğu avtomobili partladıb.

Hafta.az “UNİİAN”a istinadla xəbər verir ki, bu hada Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin(BKİ) məlumat yayıb.

Qeyd olunur ki, Ukrayna partizanları FSB-nin öz bazasına çevirdiyi “Jasmin Guest-House” otelinin yaxınlığındakı Miçurin küçəsində “qisas aksiyası” həyata keçirib.

Kəşfiyyat məlumatlarına görə, Berdyanskda zərərsizləşdirilmiç işğalçılar arasında yerli Ukrayna vətəndaşlarına amansız işgəncələr vermiş rusiyalı hərbi cinayətkar da var.

Avtomobilin partladılmasından sonra Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş ərazilərinin satqın qubernatoru komendant saatını saat 21:00-dan 05:00-a qədər artırmaq qərarına gəlib və Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri dərhal oteli tərk edərək başqa yerə köçüblər.

“Lakin bu yer də Ukraynanın cəsur gizli vətənpərvərlərinə məlumdur”, - deyə Ukrayna BKİ əlavə edib.